Azərbaycanın xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev vəfat edib.
Teleqraf.com xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Y.Baliyev bir neçə filmdə də çəkilib. "Ovsunçu", "Babək", "Salandar", "Tehran-43" və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.