Londonda teatrdan ailə üzvlərilə birlikdə çıxarılan Azərbaycanın əməkdar artısti Yusif Eyvazov saxta biletə verdiyi pulu geri ala bilib
Teleqraf.com xəbər verir ki, aprelin 2-də axşam London teatrlarından birində “Ələddin” tamaşasının başlamasına 5 dəqiqə qalmış Eyvazov ailəsinə bildirilib ki, onların 600 avro ödəyərək aldıqları biletlər saxtadır.
Eyvazovun xanımı Rusiya opera müğənnisi Anna Netrebko “İnstaqram”da üzləşdikləri olay barədə məlumat verib. O, pulları geri almaq üçün tədbirlər görəcəklərini bildirmişdi.
Netrebko ötən gün mikrobloqunda bildirib ki, biletlərə verilən pulu geri ala biliblər: "Düşünürəm ki, biz "Ələddin"ə baxacağıq. Dəstəyə görə hər kəsə təşəkkür edirəm”.