ABŞ-da “Yutub” videoportalının baş ofisində atış açan qadının şəxsiyyəti müəyyənləşib.
Həmin qadın Kaliforniya ştatının sakini Nasim Aqdam olub.
Məlumatlara görə, Aqdam atəşdən sonra intihar edib.
Qeyd edilib ki, Aqdamın “Yutub” videoportalında şəxsi kanalı olub.
Həmin kanalda yayımlanan son videonu təqdim edirik:
***
01:58
Kaliforniyada "Yutub"un baş ofisində baş verən atışma nəticəsində 4 nəfər yaralanıb, daha bir nəfər isə ölüb.
Teleqraf.com xəbər verir ki, bunu yerli polis bildirib.
"Ümumilikdə 4 yaralımız var, onlar xəstəxanaya çatdırılıb və daha bir nəfər isə binanın daxilində ölüb", deyə polis əməkdaşı bildirib.
Ehtimala görə, bina daxilində ölən atəş açan qadındır. Onun intihar etdiyi ehtimal olunur.
Atışmanın məişət zəminində baş verdiyi bildirilir.
Hüquq-mühafizə orqanlarındakı iki şəxs "ABC"ə bildiriblər ki, bu, məişət zəminində baş verən hadisədir. Onlar bildiriblər ki, hadisə terrorçuluqla bağlı deyil.
***
01:42
"Yutub"un videoportalının baş ofisində atışma törətməkdə şübhəli bilinən qadın ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə MSNBC telekanalını məlumatı yayıb.
Məlumata əsasən, hadisə ilə əlaqədar xəstəxanaya 5-ə qədər yaralı çatdırılıb.
***
"Yutub"un baş ofisində atışma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə videoportalın əməkdaşı Vadim Lavrusik özünün Tvitter səhifəsində məlumat verib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.