21 Aprel 2018 08:05
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Feysbuk” sosial şəbəkəsi öz prosessorunu hazırlamaq üçün komanda formalaşdırmağa başlayıb. Bu haqda vakansiyalar siyahısına və etibarlı mənbələrə istinadən “Bloomberg” nəşri yazıb.

Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, bu addım nəhəng texnologiya şirkətinin “Intel” və “Qualcomm” kimi kənar istehsalçılardan asılılığını azaltmaq istəyi ilə bağlıdır.

“Feysbuk”, məsələn, prosessor və sifarişli mikrosxemlərin yaradılması, proqram təminatı və drayverlərin hazırlanmasının təşkili üçün menecer axtarır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər