22 Aprel 2018 19:06
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc qızın ehtiyatsızlığı rəfiqəsinin ölümünə səbəb olacaqdı.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Polşanın Çexovitse Dzedzitse şəhərində baş verib.

17 yaşlı qız rəfiqəsi ilə zarafat etmək qərarına gəlib. O, küçədə gedərkən, yoldan keçən avtobusu görməyib və rəfiqəsini yola doğru itələyib. Bu zaman yerə yıxılan qızın başı son anda avtobusun təkərləri altında qalmaqdan xilas olub.

Hadisə təhlükəsizlik kamerasına əks olunub. Olaydan sonra gənc qız bərk qorxub və rəfiqəsini qucaqlayaraq, oradan uzaqlaşıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Sara

Oxşar xəbərlər