24 Aprel 2018 10:19
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adıyaman bölgəsində yerli vaxtla saat 03:34-da 5,1 bal gücündə zəlzələ olub.

Saat 07:50-də 3,6 bal gücündə daha biz zəlzələ qeydə alınıb.

Zəlzələnin təsiri ilə şəhər mərkəzi və kəndlərdəki bəzi binalar zərər görüb. Zəlzələ baş verdiyi an yatan sakinlər evlərini tərk edərkən bəzi sağlamlıq problemləri yaşayıb.

13 ahıl sakin təcili yardım avtomobilləri ilə xəstəxanalara yerləşdirilib. Bölgədəki səlahiyyətli şəxslər ölüm hadisəsinin baş vermədiyini, xəstəxanaya aparılanların isə ciddi probleminin olmadığını bildirib.

Zəlzələnin törətdiyi dağıntılar nəticəsində evsiz qalan sakinlər təxliyə edilib. Məktəblər müvəqqəti olaraq bağlanılıb.

***

Türkiyənin şərq bölgəsində 4,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yerli vaxtla saat 03:34-də qeydə alınan yeraltı təkanların episentri Qaziantep şəhərindən 115 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb./Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər