Türkiyənin Adana şəhərində ana 5 yaşlı qızından imtina edib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ana sağlamlıq imkanları məhdud qızına baxması üçün dayə ilə razılaşıb və ona aylıq pul ödəyib.
2 aya yaxın müddətdə qadın uşağını görməyə və pulu vermə gəlmədiyi üçün dayə ata ilə əlaqə saxlayıb. Ata qızın internata verilməsini istəyib.
Daha sonra dayə valideynlərinin uşaqları ilə maraqlanmadığı üçün polisə xəbər verib. Onlar hərəkət və nitq problemi olan qızı internat evinə aparıblar. Uşaq onu çəkən jurnalistləri görəndə: “Anam haradadı?” deyə soruşub. “Ana getdi” cavabı ürəkləri dağlayıb.
Polis ana və atanın haqqında “ailə öhdəliyinin pozulması” məsələsi ilə proses başladıb.
Qeyd edək ki, cütlük 2015-ci ildə boşanıb. Məhkəmə uşağı anaya verib.