Vəkillər Kollegiyasının keçmiş sədri Azər Tağıyev dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Azər Tağıyev bu gün səhər saatlarında vəfat edib.
O, ötən il səhhətində yaranan problemlərlə bağlı öz vəzifəsindən istefa verib.
Qeyd edək ki, ötən il sentyabrın 27-də Vəkillər Kollegiyanın Rəyasət Heyətinin iclasında Azər Tağıyevin Rəyasət Heyətinə ünvanladığı müraciətə baxılıb. O, müraciətində səhhəti ilə bağlı sədrlikdən getmək istədiyini bildirib. Müraciətə baxılıb, Azər Rağıyev Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunub.
Onun Vəkillər Kollegiyası sədrilyində beş illik səlahiyyət müddəti 2017-ci ilin dekabrında bitəcəkdi.
Azər Tağıyev həmçinin Mərkəzi Seçki Komissyasının üzvü idi.