13 Avqust 2014 12:21
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazax rayonunun Məzəm kəndində – qoşunların təmas xətti yaxınlığında yaşayan əhalinin ağ bayraq qaldırması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar ağ yalandır”


Bunu APA-ya açıqlamasında bu gün ermənilərə məxsus “news.am” saytının Məzəm kəndinin ön xəttə yaxın ərazisində sakinlərin «ağ bayraq qaldırması» barədə xəbərinə münasibət bildirən Məzəm kəndinin icra nümayəndəsi Elman Nəsibov deyib.

E. Nəsibovun sözlərinə görə, əhali ermənilərin atəşi altında olmasına baxmayaraq, kəndi tərk etməyib, həyat adi qaydada davam edir: «Yəqin, küləyin əraziyə dağıtdığı, ağacların, kol-kosun üstündə asılı qalan sellofanlar, boş zibil kisələri, kağız-kuğuz ermənilərin gözünə bayraq kimi görünür. Necə ola bilər ki, 20 ildən çoxdur, ev-eşiyini tərk etməyən Məzəm sakinləri indi ağ bayraq qaldırır? Onu deyən səhv edir. Ermənilərin bizdən ağ bayraq gözləmək arzuları gözlərində qalacaq».

Kənd icra nümayəndəsi Azərbaycan Ordusunun bölmələrinin ermənilərin bütün təxribat cəhdlərinə tutarlı cavab verdiyini, qarşı tərəfin təşviş içində olduğunu, sərhəddəki erməni kəndlərinin sakinlərinin cəbhə xətti yaxınlığındakı evlərini tərk etdiklərini də bildirib.


Müəllif:

Oxşar xəbərlər