13 Avqust 2014 17:28
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda saxlanılan erməni hərbi əsir Akop İnciqulyan öz ailəsinə məktub göndərib.

Bu barədə onun qardaşı Arutyun açıqlama verib.


Arutyun İnciqulyan bir ildən çoxdur əsirlikdə olan qardaşından məktublar aldıqlarını deyib: “Bir neçə məktub aldıq. O, bizim məktublarımıza cavab verib. Yazır ki, özünü yaxşı hiss edir, problem yoxdur, lakin ümid edir ki, yaxın gələcəkdə onu üçüncü ölkəyə göndərəcəklər”.


Qeyd edək ki, Ermənistan ordusunun əsgəri Akop İnciqulyan 2013-cü il avqustun 7-dən 8-nə keçən gecə qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan ordusunun nəzarəti altında olan hissəsinə keçib.

/ APA/


Müəllif: