4 İyun 2018 09:09
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Bakı Ağac Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Teleqraf.com-un FHN-in saytına istinadla verdiyi xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) 3,7 hekrat olan ərazisinə yığılmış istifadəyə yararsız avtomobil şinləri 1200 m2 sahədə yanıb.

Avtomobil şinlərinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər