11 İyun 2018 14:40
1 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda pambıq tarlasındakı kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlanıb.

Teleqraf.com məlumatına görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Saatlıda pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar olaraq, müvafiq qurumların da iştirakı ilə komissiya yaradılıb: “Hazırda dəqiq diaqnoz qoyulmayıb. Ehtimal olunur ki, bu hadisə pestisid, yaxud qida zəhərlənməsindən baş verə bilər”.

Qeyd edək ki, Saatlıda pambıq tarlasında zəhərlənənlərdən 4-nün vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

***

09:49

Səhiyyə Nazirliyi Saatlı rayonunda zəhərlənən pambıqçılarla bağlı son vəziyyəti açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Teleqraf.com-a bildirib ki, Bakıya göndərilən 4 nəfər qadın Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsində müalicə alır. Onların vəziyyəti orta-ağırdır.

Onun sözlərinə görə, Saatlıda müalicə olunan 20 nəfərdən 2-si evə buraxılıb. Digərləri isə Rayon Mərkəzi Xəstəxanasında nəzarət altındadır. Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq, onlara lazımi tibbi yardımlar göstəriblər. Onların məsləhəti ilə 4 zərərçəkən Bakıya göndərilib.

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 21 işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

23:28

Saatlıda tarlada işləyən şəxslər zəhərlənib.

Hadisə rayonun Smada kəndi ərazisində qeydə alınıb.

Pambıq tarlasında işləyən 21 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib.

İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə "Formula 5-FEC" kimyəvi dərmanından zəhərləndikləri bildirilir. Artıq bununla bağlı bütün aidiyyati orqanlara məlumat verilib. Rayona Bakıdan həkimlərin göndərilməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Naibə Qurbanova

Oxşar xəbərlər