2 İyul 2018 11:54
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 4-ü Türkiyə, 1-i İran, 1-i Banqladeş və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbir nəticəsində 7-si Nepal vətəndaşı olmaqla ümumilikdə 13 əcnəbi aşkar edilib.

Bu barədə Teleqraf.com-a DMX-nin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.

Saxlanılmış Banqladeş vətəndaşı Saiful MD Islamın Azərbaycan ərazisindən istifadə etməklə İrana və oradan da Türkiyəyə keçiriləcəyi vədi ilə ölkəyə gətirildiyi və qanunsuz miqranta çevril­məsi­nə şə­rait yaradıldığı müəyyən edilib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Eyni zamanda saxlanılmış Türkiyə vətəndaşlarından Sokmen Sabrinin "İnterpol" xətti ilə axtarışda olduğu müəyyən edilərək müvafiq orqanlara məlumat verilib.

Miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə saxlanılan əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçi­vəsində tədbirləri davam etdirir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər