13 İyul 2018 11:38
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində bir neçə gün əvvəl toyda baş verən qətlin günahkarı həbs edilib.

Teleqraf.com xəbər verir ki, hadisə iyulun 9-da, saat 23 radələrində baş verib.

Neftçala rayon sakini Azər Əliyev Şirvan şəhəri ərazisindəki şadlıq saraylarının birində aldığı bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb, Sabirabad rayon sakini Teymur Həsənov isə əlindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Şirvan və Mingəçevir şəhər polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Fuad Əsgərov Mingəçevir şəhərinin ərazisində saxlanılıb.

Qeyd edək ki, Şirvanda yerləşən şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Azər Əliyev kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb.

Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Teymur Həsənov da əlindən bıçaq xəsarəti alıb.

Məlumata görə, tərəflər arasında mübahisə musiqi sifarişi üstündə yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər