Goranboy rayonunda yaşayış evinə maskalı basqın olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.
Ramilə Cəfərovanın evinə oğurluq məqsədilə iki nəfər maskalı şəxs girib. Onlar ev sahibinə xəsarət yetiriblər.
Qadının üz və boğaz nahiyəsindən xəsarət yetirən maskalılar pul və qızıl verməsini tələb ediblər.
Səs-küy yarandığı üçün istəklərinə nail ola bilməyən cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar.
Hadisə ilə bağlı Goranboy rayon polis şöbəsinə məlumat verilib. Əməliyyat qrupu hadisə yerinə gəlib.
Faktla bağlı cinayət işi başlanıb.