20 İyul 2018 14:06
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Stavropol bölgəsində 3 avtomobilin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə TASS informasiya yayıb.

“Cümə günü səhər saatlarında “Qafqaz” federal magistralının hava limanına dönən hissəsində Moskva-Bakı marşrutu ilə hərəkət edən “Mersedes” markalı mikroavtobus, “Ford” minik avtomobili və VAZ-2110 toqquşub”, - agentlik məlumatında deyilib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Pyatiqorsk xəstəxanasının qəbul şöbəsindən verilən məlumata görə, yaralananlardan 8 nəfəri Azərbaycan vətəndaşıdır.

Yaralılardan birinin – ayaqlarında sınıqlar və qapalı kəllə-beyin travması alan qadının vəziyyəti ağır qiymətləndirilir. 8 nəfərin vəziyyətinin orta, daha 6 nəfərin, o cümlədən 3 uşağın isə yüngül xəsarətlər aldığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər