Türkiyənin İstanbul şəhərində avtomobil yanıb.
Hərəkətdə olan avtomobil öz-özünə alışıb. Sürücü özünü zorla yanan avtomobildən çölə atıb.
Sürücü Bahattin Çevik avtomobili yanmamışda 15 dəqiqə öncə 18 min lirəyə (təxminən 9 min manat) aldığını bildirib. "Nə edəcəyimi bilmirəm. Sığortası var idi, amma kasko etdirməmişdim. Əsas odur ki, canımıza heç nə olmasın”, deyə sürücü bildirib.