Çində toyda gözlənilməz hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
İnsident Hebey vilayətinin Şiçzyaçuja şəhərində baş verib. Toy mərasimi zamanı qonaqların oturduğu stollardan birinin altındakı döşəmə çöküb. Nəticədə 6 qonaq xəsarət alıb.
İlkin ehtimala əsasən, insident su boru xəttindəki nasazlıq nəticəsində baş verib.