Ağdaş rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Hüşün kənd sakini, 2001-ci il təvəllüdlü İspəndiyar Məmmədovu elektrik cərəyanı vuraraq ölüb.
Məlum olub ki, dünən axşam saatlarında kənd ərazisindən keçən 10 kilovatlıq elektrik cərəyanı xəttinin qırılıb. Yeniyetmə də həmin naqilə dəyməsi nəticəsində “tok” vurub.
Faktla bağlı cinayət işi başlanıb.