21 Avqust 2018 19:39
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində yol qəzası baş verib.

Hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisinin yaxınlığında qeydə alınıb.

Belə ki, Gəncə-Qazax marşrutu üzrə hərəkət edən sərnişin mikroavtobusu ilə yük maşını toqquşub. Qəza nəticəsində mikroavtobusun 2 sərnişini - Ağstafa rayonunun Göycə kənd sakini, 1961-ci il təvəllüdlü Qafilə Paşa qız Paşayeva və 1992-ci il təvəllüdlü Röya Aşur qızı Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com