Sosial şəbəkədə 7-11 yaş arasında olan bir qrup uşağın spritli içki qəbul etməsi ilə bağlı videogörüntü yayılıb.
Teleqraf.com Aznyus.az-a istinadən xəbər verir ki, videogörüntüdə uşaqlar gələcək arzularını dilə gətirir, dostlarının şərəfinə badə qaldırırlar.
Kiçik yaşlı uşaqların spirtli içki qəbul etməsini əks etdirən bu video böyük narazılıq yaradıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev bildirib ki, sözügedən videogörüntü hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır:
"Videodan görünür ki, uşaqlar tamaşa hazırlayıblar. Əllərindəki də içki deyil. Lakin onların kimliyini tapmaq hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir”.