1 Sentyabr 2018 16:44
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda 34 yaşlı qadın özünü bıçaqlayıb.

Məlumata görə, rayonun Rüstəmili kənd sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Zəminə Məhəmməd qızı özünə bıçaqla xəsarət yetirib. Z.Nağıyeva qarının ön divarının 2 ədəd kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub.

Hadisə polis əməkdaşlarının həmin qadının yaşadığı evdə həyat yoldaşının narkotik vasitə saxlamasında şübhəli bilinərək evdə axtarış aparmalarına etiraz olaraq baş verib. Yaralı elə polis əməkdaşları tərəfindən də xəstəxanaya çatdırılıb.

Həmin qadının əri 29 yaşlı Xəyyam Nağıyev polis tərəfindən tutulub. DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan “Report”a bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsi və Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Rüstəmli kəndində yaşayan X.Nağıyev saxlanılıb.

Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər