Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Salyan yolu küçəsində Şəmkir rayon sakini İsgəndər Məmmədov idarə etdiyi “Mercedes” markalı dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən Füzuli rayon sakini Mahir Ağayevi vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.