15 Oktyabr 2018 21:31
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Badamdardakı sürüşmə sahəsində ümumi dinamikada gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahın sürüşmə zonasında saat 21-00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti yenə də müşahidə edilir.

"Ümumi dinamikada gərginlik qalmaqdadır", - deyə məlumatda qeyd edilib.

***

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüş­mə zonasında saat 12­:00-a olan monitorin­qlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir".

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildilir ki, ərazinin üst hissəsindəki evlərin hasarlarına qoyulmuş gips mayak­larda dəyişiklik müşahidə olunmayıb.

***

09:34

"Oktyabrın 14-dən 15-nə keçən gecə Badamdar-"20-ci sahə" avtomobil yolunun sağ kənarındakı sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edib".

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, gecə saatlarında nazirlik əməkdaşları sürüşmənin qarşı tərəfində olan yaşayış evlərinin hasar divarlarındakı çatların üzərində gips mayaklar quraşdırıblar: "Mayaklar oradakı gərginlik və dinamikanın müşahidə edilməsi üçün quraşdırılıb".

Nazirlik rəsmisi qeyd edib ki, qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirirlər.

Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.


Müəllif: Aytən

Oxşar xəbərlər