16 Oktyabr 2018 22:10
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalif ərəb jurnalist, "Vaşinqton Post" yazarı Camal Qaşıqçının ailə üzvləri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı məhkəməyə verməyə hazırlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, böyük oğlu istisna olmaqla jurnalistin ailə üzvlərinin ABŞ-a getdiyi bildirilir. Məlumata görə, onlar Konqres üzvləri ilə danışıqlar aparandan sonra Məhəmməd bin Salmanı məhkəməyə verəcəklər.

Qeyd edək ki, "Associated Press" agentliyi Səudiyyə Ərəbistanının baş konsulluğuna baxış keçirilərkən iki həftə əvvəl yoxa çıxmış jurnalist Camal Kaşıkçının öldürülməsinə işarə edən dəlillər tapıldığını iddia edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər