Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Yaponiya xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Takao Makinonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com-un xəbərinə görə, E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə əsaslanan prinsipial mövqe nümayiş etdirdiyinə görə Yaponiyaya təşəkkürünü bildirib.
T.Makino isə dövlətlərin ərazi bütövlüyünə hörmətin Yaponiyanın prinsipial mövqeyi olduğunu qeyd edərək, bu yaxınlarda keçirilmiş Azərbaycan-Yaponiya hökumətlərarası birgə komissiyanın iclasının və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmənin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verdiyini diqqətə çatdırıb.
Səxavət