11 Noyabr 2018 12:54
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonundan keçən dəmir yolu xəttində elektirik işi görən 2 fəhlə yanıq xəsarəti alıb.

Hadisə Ağstafa rayon Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb.

Xəsarət alanlar Suraxanı rayon sakinləri - 1992-ci il təvəllüdlü İbrahim Tacəddin oğlu və 1995-ci il təvəllüdlü Tərlan Məstanovdur.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bundan əvvəl “Azərişıq” ASC-nin sürücüsünü elektrik cərəyanı vuraraq öldürüb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər