11 Noyabr 2018 18:41
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki qonşu arasında çıxan davada iki nəfər öldürülüb, 6 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Urfa şəhərində baş verib.

Qonşular arasında baş verən davanın səbəbləri bəlli deyil.

Yaşuk və Baxış ailələri arasında baş verən davada daş, zopa və silahdan istifadə edilib.

Əraziyə dərhal polis və jandarma qüvvələri yeridilib. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda davada iştirak edən şəxslərin həbs edilməsi üçün əməliyyat keçirilir.


Müəllif: Cavad