12 Noyabr 2018 09:32
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda 6 otaqlı ev yanıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, rayonun Müqtədir qəsəbəsində ümumi sahəsi 160 kvadrat metr olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 24 kvadrat metr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com