12 Noyabr 2018 10:51
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun mərkəzində, Alı Mustafayev küçəsi, ev 19 ünvanında Bakı şəhər sakini Murad Soltanov döyülərək öldürülüb.

Murad Soltanovun meyiti noyabrın 11-də Şabranda kirayə yaşadığı evdə aşkar olunub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ünvana gəliblər.

Məlum olub ki, Murad Soltanovu Şabran rayon sakinləri - Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov tərəfindən döyülürək öldürülüb.

Həmin şəxslər psixi xəstəlikdən əziyyət çəkən Murad Soltanovu Vüsal İbrahimova məxsus evdə “cin çıxartma” üsulu ilə guya müalicə edirmişlər.

Onlar Murad Soltanova çoxsaylı bədən xəsarətləri yetiriblər. Bu zaman Murad Soltanov sağalmaq əvəzinə, dünyasını dəyişib.

Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər