Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində 2 naməlum şəxs Masallı rayon sakini Rahib Qənbərova bıçaqla xəsarət yetirib və daha sonra 170 manatını alıb.
Rahib Qənbərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlərdən biri - Biləsuvar rayon sakini Vüqar Həsənov saxlanılıb, digər şəxsin isə şəxsiyyəti müəyyən edilib.
Onun da tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Faktla bağlı cinayət işi başlanıb.