15 Noyabr 2018 12:13
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Nəsimi küçəsində Bakı şəhər sakini İsrafil Qurbanov idarə etdiyi “London taxi” markalı avtomobillə yolu keçən paytaxt sakini Hidayət Məmmədovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər