Biləsuvar rayonunda bir nəfərin şantaj olunması ilə bağlı polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, noyabrın 22-də Aşağı Gürəli kəndi ərazisində əvvəllər məhkum olunmuş Ruslan Kəlbiyev həmkəndlisi olan bir nəfəri barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyib, ondan 1000 manat alıb.
Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Ruslan Kəlbiyev saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.