11 Dekabr 2018 12:33
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinin soyğunçuluqla 540 manat dəyərində mobil telefonunu alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, dekabrın 6-da axşam saatlarında Quba rayonu Qaraçay kənd sakini İftixar Məmmədov rayon polis şöbəsinə müraciət edərək, həmkəndlisi Səhrab Baratovun ona məxsus “Samsung” markalı mobil telefonu məcbur aldığını, geri istədiyi zaman isə onu təhqir edərək yumruq zərbələri ilə xəsarət yetirdiyini bildirib.

Keçirilmiş tədbirlər nəticəsində Səhrab Baratov saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Səhrab Baratov barəsində Quba rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talama) maddəsi ilə cinayət işi açılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər