Məşhur amerikalı aktrisa Sondra Lokk vəfat edib.
Teleqraf.com xəbər verir ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən 75 yaşlı aktrisa Los-Ancelesdəki evində həyatını itirib.
Sondra Lokk 1944-cü il mayın 28-də ABŞ-ın Tennesse ştatında (Şelbiville) doğulub.
Orta məktəbi bitirdikdən sonra universitetə daxil olsa da, kinoya olan həvəsi təhsilini sonadək davam etdirməyə imkan verməyib. O, təhsilini yarımçıq qoyaraq, filmlərdə rol almağa başlayıb.
Sondra 1968-ci ildə çəkilmiş “Ürək yalnız ovçudur” filmindəki roluna görə, “Oskar” mükafatına namizəd göstərilib. 1976-cı ildən isə məşhur rejissor Klinton İstvudun filmlərində rol almağa başlayıb. Həmin il rol aldığı “The Outlaw Josey Wales” filmindən sonra İstvudla 14 il davam edən sevgi münasibətləri qurub.
Qeyd edək ki, Lukk karyerası ərzində 26 filmdə rol alıb.