15 Dekabr 2018 12:14
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Z.Hacıyev küçəsində qeydə alınıb.

Şəhər sakini Elməddin Kərimov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən şəhər sakini Füzuli Yusifovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov