16 Dekabr 2018 20:56
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

Hadisə Kələntərli kəndində qeydə alınıb.

İki qonşu arasında torpaq üstündə baş verən kütləvi dava zamanı 3 nəfər - 38 yaşlı Cəfərov Elsəvər Qıyas oğlu, 1976-cı il təvəllüdlü Quliyeva İlhamə Qurban qızı və 1985-ci il təvəllüdlü Cəfərquliyev Xəyyam Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Onların hər üçünün vəziyyəti orta ağırdır.

Fakt bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: Mənbə/Report