17 Dekabr 2018 00:30
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax sakinini avtomobil vurub.

Rayonun Turaclı kənd sakini 1978-ci il təvəllüdlü Rəşad Feyzulla oğlu Ramazanov bu gün axşam saatlarında Qax rayon Mərkəzi Xəstəxanasına bədən xəsarətləri ilə daxil olub.

Müayinə zamanı yaralıya qarının sağ yarısının küt zədəsi diaqnozu qoyulub. Məlum olub ki, hadisə 40 yaşlı R.Ramazanov kənd ərazisində avtomobil təmir edərkən baş verib. Onu qayınatası idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan vurub.


Müəllif: Mənbə/Report