Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə sakini Gülarə Qəbulova idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Asəf Abdinova məxsus “MAN” markalı avtomobilin qoşqusuna vurub.
Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.