16 Yanvar 2019 11:06
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu gecə, saat 1 radələrində rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında kənd sakini Tamerlan Həmidov bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə rayon polis şöbəsi və prokurorluq orqanlarının əməkdaşları gəlib. Birgə keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mürşüdoba kənd sakini Nazim Həsənov saxlanılıb.

Hadisə zamanı hər iki şəxs sərxoş olub.

Həmkəndlilər arasında şəxsi münasibətlər zəminində mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq aparılır.


Müəllif: Hacı Zeynalov