22 Yanvar 2019 12:52
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunun Şahsoltanlı kəndi ərazisində ağır yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Potu kənd sakini Qnyaz Məmmədovun idarə etdiyi “Ford Transit” və Ağsu rayon sakini Bünyad Qaçayevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub.

Nəticədə Bünyad Qaçayevin sərnişini, Ağsu rayon sakini Mehman Cavadov hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov