Dünən axşam saatlarında Bərdə şəhərində yerləşən şadlıq evinin qarşısında tapılan 2 körpənin valideynlərinin kimliyi müəyyənləşib.
Publika.az xəbər verir ki, Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi araşdırmalar zamanı uşaqları küçəyə atıb uzaqlaşan qadın tapılıb və o, şöbəyə dəvət edilib. Hazırda 8 aylıq və 2 yaşlında olan bacı-qardaş Bərdə rayon Mərkəzi Xəstəxanasındadır.
Xəstəxanadan Publika.az-a bildirilib ki, körpələrin vəziyyəti yaxşıdır və heç bir tibbi yardıma ehtiyacları yoxdur.
Məlumata görə, uşaqların anası onları toydan sonra şadlıq evinin qarşısına ataraq gedib. Onların ailəsində problemlərin olduğu, qadının da bu səbəbdən belə bir addım atdığı bildirilir.
Araşdırmalar davam etdirilir.
**
Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.
Uşaqlar küçəyə anaları tərəfindən atılıb.
Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Lakin onlar Rayon Uşaq Xəstəxanasına yerləşdirilib, polis onların valideynlərini axtarır.
Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir.