Bakının Binəqədi rayonunda qətl baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun 28 May qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini İ.Məmmədovun evinə gəlmiş Beyləqan rayon sakini V.Behbudov münaqişə zəminində ev sahibini bıçaqla, onun arvadı Sevinci isə boğaraq qətlə yetirib.
O, könüllü olaraq Nərimanov polisə gələrək istintaqa təslim olub.
Faktla bağlı araşdırma aparılır.