14 Fevral 2019 15:00
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qarabörk kəndi ərazisində qeydə alınıb.

Şəki rayon sakini C.Məmmədov idarə etdiyi “KamAZ-55111” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov