Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qala qəsəbəsi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini F.Abasov idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini S.Hüseynovanı vuraraq yolun hərəkət hissəsinə atıb və arxadan gələn “Volkswagen” markalı, A.Əliyevin idarə etdiyi avtomobil onun üzərindən keçib.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.