Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, martın 11-nə keçən gecə Maştağa qəsəbəsi ərazisindəki mağazaların birindən 3000 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı oğurlanıb.
14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini R.Ağacanov saxlanılıb.
İstintaq araşdırması zamanı onun əvvəllər də məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.