Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Biləcəri qəsəbəsində paytaxt sakini, 1995-ci il təvəllüdlü Mirağa Mirbalazadə naməlum şəxslə mübahisə edib.
Mübahisə zamanı Mirağa Mirbalazadə həmin şəxs tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hazırda polis cinayəti törədən şəxsin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.