20 Mart 2019 19:42
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda canavarlar 30 baş qoyunu parçalayıb.

Hadisə ötən gün axşam saatlarında Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı "Azərbaycan 60" yaşayış məntəqəsində baş verib.

Belə ki, rayon sakini Elçin Tağıyevə məxsus fərdi yaşayış evinin həyətindəki tövlədə olan qoyunlara canavarlar hücum edib. Nəticədə qoyunlardan 20-si tələf olub, 10-u yaralanıb.

Oğuz rayon Baytarlıq idarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və tələf olmuş qoyunların basdırıldığı yer dezinfeksiya olunub.


Müəllif: Mənbə/Report