Balakən rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 2-də saat 04:00 radələrində Balakən rayonunun H.Əliyev prospektində Katex kənd sakini Rəvan Mikanayev idarə etdiyi “Priora” markalı avtomobili dirəyə vurub və nəticədə hadisə yerində ölüb.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.