Abşeron rayonunun Masazır qəsəbəsində silahlı insident baş verib.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, "Yeni Bakı" yaşayış kompleksinin komendantı Ehtiram Yusifov "Vinçester" markalı silahla üç nəfərə atəş açıb. Hadisə "Qәbәlә" kafesindәki ev alqı-satqısı ofisindә baş verib.
Münaqişəyə ev alqı-satqısı ilә mәşğul olan şәxslәrlə şәhәrciyin komendantı Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub. Silahlı insident zamanı yaralanan şәxslәr "Yeni Bakı" yaşayış kompleksinin sakinlәri olmayıb.
Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.